CƏMİYYƏT
Son 20 gündə 174 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı mübarizə tədbirləri polis əməkdaşları tərəfindən gecə-gündüz demədən istənilən hava şəraitində, relyefi mürəkkəb olan ərazilərdə uğurla davam etdirilir. Müxtəlif şərti adlar altında İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik vasitələr göndərən həmin şəxslərin Azərbaycandakı dayaqlarına qarşı Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən son 20 gündə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı 3 mütəşəkkil dəstə, o cümlədən 38 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 174 kiloqram müxtəlif xassəli narkotik vasitə, psixotrop maddə, elektron tərəzilər və 6 min ədəd ekstazi və metadon həbi çıxarılıb.