CƏMİYYƏT


Transformatorlardan elektrik açarlarını oğurlayan şəxslər saxlanılıblar

Zərdab Rayon Polis Şöbəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayonu ərazisində quraşdırılmış transformatorlardan elektrik açarlarını oğurlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Elnur Əsədov və Bakı şəhər sakini Kamal Piriyev müəyyən olunaraq istintaqa cəlb olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır