CƏMİYYƏT


Ürəkləri Zəngəzurla döyünən Məmmədovlar ailəsi

Qonağı olduğumuz Məmmədovlar ailəsi Zəngəzur və Mehri dağ silsilələrinin əhatəsində olan Qafan rayonunda dünyaya göz açıblar. Ailə başçısı Məmməd Məmmədov söyləyir ki, bu rayonun iyirmidən çox kəndində bir nəfər belə erməni yaşamayıb. Xanımı Bahar Məmmədovahələ 19-cu əsrdə ermənilərin kəndlərə hücum etdiyini, lakin babası Molla Əbdülsalamın düşmənin qarşısını alaraq şəhidlik zirvəsinə ucaldığını qeyd edib. Ancaq zaman ötdükcə yağılar öz mənfur niyyətlərindən dönməyərək millərcə soydaşlamızı dədə-baba yurdlarından didərgin salır.