CƏMİYYƏT


FHN yanğın təhlükəsizliyi qaydalarının pozulmasının qarşısını alıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Belə ki, Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində Qasımov Akif Babaş oğlu və Zərbəliyev Sənan Əhmədşah oğlu tərəfindən yanğın təhlükəsizliyi qaydaları pozulmaqla ayrı-ayrı ünvanlarda şəxsi avtomobillərində daşına bilən qablarda qanunsuz neft məhsullarının satışının həyata keçirilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən operativ tədbirlər həyata keçirilib.