Bakıda marketlərin birində atışma olub: Ölən və yaralananlar var
04.03.2023 [13:50]
Paytaxtın Xətai rayonunda marketlərin birində atışma olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib, araşdırma aparılır.
Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.