CƏMİYYƏT


Türkiyədəki zəlzələ bölgəsində 2639 nəfərə tibbi xidmət göstərilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkəyə göndərilmiş mobil səhra hospitalında zəlzələdən ziyan çəkmiş insanlara tibbi xidmət davam etdirilir.
FHN-dən AZƏRTAC-a bildirilib ki, ümumilikdə ötən günlər ərzində 562-si uşaq olmaqla 2639 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.