CƏMİYYƏT


Nərə balıqlarının ovlanmasını sifariş edənlərə xəbərdarlıq olunub

Balıq, həmçinin digər su bioresurslarının istifadəsinə, eləcə də mühafizəsinə nəzarəti daha gücləndirmək məqsədi ilə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Neftçala rayonunda növbəti profilaktik tədbir həyata keçirib. Tədbir zamanı Neftçala rayon sakinləri Cəsarət Bəşirov, Yaşar Ayazov, Nəhməd Babayev, İsmayıl Rəsulov, Turab Süleymanov və Bilal Hüsenov qanunla istifadəsi qadağan olunmuş balıqovlama alətləri ilə körpə balıq ovladıqları üçün saxlanılıblar. Həmin şəxslərdən qadağan olunmuş balıq ovu alətləri və 360 metr uzunluğunda sintetik tor maddi sübüt kimi götürülüb.
Su Polisləri tərəfindən Xaçmaz rayonunda keçirilən tədbir zamanı isə Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərə cinsli və digər növdən olan balıqların ovlandığı müəyyən edilib. Araşdırma zamanı körpə nərə cinsli balıqların icazələri və kvotaları olmadan həvəskar balıqçı adı altında tutulub satılmasını təşkil edən şəxslər müəyyən edilərək saxlanılıblar. Qeyd edilən faktlarla bağlı həmin şəxslər barəsində akt və inzibati xəta haqqında protokollar tərtib edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır