Emin Hüseynov: Kurmanqazı adına Yaradıcılıq İnkişaf Mərkəzi Qazaxıstanın Azərbaycan xalqına hədiyyəsidir
07.03.2023 [17:23]
Xəbərin mətni
Erməni işğalından azad olunan Füzulidə Qazaxıstan tərəfindən Kurmanqazı adına Yaradıcılıq İnkişaf Mərkəzinin tikintisinə başlanılıb. Mərkəz uşaqların inkişafında mühüm rol oynayacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Füzulidə jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.