Şamaxıda qəzaya düşən klubla bağlı TƏBİB-dən AÇIQLAMA
07.03.2023 [17:46]
Mingəçevirli futbolçuları daşıyan avtobus Muğanlı-İsmayıllı yolunda yük maşını ilə toqquşub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a verilən məlumata görə, hadisə nəticəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə 2 nəfər (kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə yerləşdirilib. Onlara bud sümüyünün sınığı, döş qəfəsinin qapalı travması diaqnozları qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir.