CƏMİYYƏT


Sabah Metropolitenin iş rejimində dəyişiklik olacaq

Martın 8-də Bakı Metropoliteninin iş rejimində qrafik dəyişikliyi olacaq.

Metropolitenin Mətbuat Xidmətindən verilən məlumata görə Beynəlxalq Qadınlar Günü ölkəmizdə qeyri-iş günü hesab edildiyindən, metro xətlərində qatarların hərəkəti “28 May-Həzi Aslanov” istiqamətində saat 7:00-dan 21:00-a qədər 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” istiqamətində qatarların hərəkəti 2 dəfə çox olacaq. Bununla belə, ehtiyat qatarlar nəzərdə tutulacaq. Xətlər üzrə sərnişin axını diqqətdə saxlanılmaqla, zərurət yaranacağı təqdirdə həmin ehtiyat qatarlar xəttə buraxılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır