MÜSAHİBƏ


Anar Bağırov: Naxçıvanda vəkillik sahəsində islahatlar aparılacaq

Naxçıvan Muxtar Respublikasında vəkillik sahəsində dönüş olacaq, vəkillərin sayı artırılacaq, islahatlar aparılacaq, insanlara yüksəkkeyfiyyətli hüquqi yardım göstəriləcək. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndə heyəti bu məqsədlə hazırda Naxçıvanda səfərdədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Naxçıvanda səfərdə olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov bildirib.