MÜSAHİBƏ


Kol Durham: Bu konfrans islamofobiyaya qarşı həll yolları tapmaq baxımından gözəl platformadır

“İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans bütün dünyada müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları, o cümlədən islamofobiya ilə mübarizə istiqamətində müzakirələr aparmaq və bu problemə qarşı həll yolları tapmaq baxımından gözəl platformadır. İslamofobiya qlobal problemdir və bu problemlə əhalisi müsəlman olmayan ölkələrdə daha çox üzləşirlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən beynəlxalq konfransın iştirakçısı, G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham deyib.