ELM VƏ TƏHSİL


Talış kəndində ilk dərs keçirilib

Martın 27-də Tərtər rayonunun Talış kənd tam orta məktəbində ilk dərs günü ilə bağlı mərasim keçirilib. Mərasimdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri Seymur Məmmədov, Şamxal Muxtarov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, kənd sakinləri iştirak ediblər.