MÜSAHİBƏ


Bakının Baş planı üzrə işlər başa çatıb

Bakının Baş planı üzrə işlər başa çatıb.
AZƏRTAC xəbər verir ki, bunu mayın 10-da Fəxri xiyabanı ziyarət edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə müsahibəsində deyib.
Komitə sədrinin sözlərinə görə, Baş planın son layihəsinin razılaşdırılması başa çatıb. Yaxın zamanda Baş plan təsdiq üçün aidiyyəti üzrə təqdim olunacaq.