MÜSAHİBƏ


Bu il 1800 ailənin azad olunan torpaqlara qayıdışı nəzərdə tutulur

2023-cü ildə ümumilikdə 1800 ailənin öz doğma torpaqlarına qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulur. Bunu jurnalistlərə müsahibəsində Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov söyləyib. O həmçinin bildirib ki, Laçın şəhərinə 700 ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400-ə yaxın ailənin, Şuşa şəhərinə 450 ailənin, növbəti mərhələdə Tərtər rayonunun Talış kəndinə 113 ailənin və nəhayət Füzulu şəhərinə ilk köç olan 267 ailənin bu il ərzində qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulur.