MÜSAHİBƏ


Dövlət Komitəsi: Hər bir məcburi köçkün ailəsi öz doğma torpaqlarında işlə təmin olunacaq

Bütün keçmiş məcburi köçkün soydaşlarımızın qayıdışı ilə bağlı sosial məsələlər onlar arasında keçirilən sorğularda öz əksini tapıb. Bunu jurnalistlərə müsahibəsində Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov söyləyib. O qeyd edib ki, Məşğulluq məsələləri, təhsil məsələləri və digər sosial problemlərinin həlli Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi və aidiyatı dövlət qurumları arasında olan əməkdaşlıq çərçivəsində nizamlanır. Məşğulluqla bağlı aidiyatı qurumlarla tədbirlər görülür və hər bir məcburi köçkün ailəsi öz doğma torpaqlarında işlə təmin olunacaq.