CƏMİYYƏT


Xaricdə çalışan həkimlərimiz Azərbaycanda öz təcrübələrini bölüşəcəklər - SİMPOZİUM

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə ilk dəfə Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu işə başlayıb. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan simpoziumda ümummilli liderin səhiyyənin inkişafındakı roluna həsr edilən filmin nümayiş olunub. Simpoziumun keçirilməsi tibb sahəsindəki yeniliklərin öyrənilməsi, xaricdə çalışan azərbaycanlı həkimlərin ölkəmizə qayıdaraq tibb müəssisələrində fəaliyyətə təşviqi, onların yerli kadrlarla nəzəri və əyani təcrübə mübadiləsi və kommunikasiyalarının artırılması baxımından səhiyyəmizə mühim töhfələr verəcək.