Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜSAHİBƏ

Litvalı olsam da 30 il sonra mən doğma Şuşamdayam

22.07.2023 [12:54]

Bu sözləri litvalı hərbi jurnalist Riçardas Lapaytis AZƏRTAC-a müsahibəsində deyib. "Mənim Şuşaya qayıtmağıma gəlincə isə içimdə qürur hissi var və ədalətin bərpasını görürəm. Nəhayət ki, tarix nöqtəni düzgün yerə qoydu. Şuşa yadlar üçün sadəcə gözəl yerdi, şəhərdir. Amma azərbaycanlılar üçün Şuşanın yeri başqadır. Bura muğamın mərkəzidir, burada hər addım bir tarixdir"- deyə jurnalist bildirib.