Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜSAHİBƏ

Ceyhun Mirzəyev: Rusiya QXC-nin ərzaq dolu maşını Xankəndiyə çatıb, yüklər boşaldılır

12.09.2023 [13:21]

Xəbərin mətni

Bu gün saat 7 radələrində Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının blok postundan Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu humanitar yükü keçdi. Artıq ərzaq dolu yük avtomobili Xankəndiyə çatıb. Hazırda yük müvafiq anbara boşaldılır.

Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev Ağdam-Xankəndi yolunda AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib.