MÜSAHİBƏ
Azərbaycanda dövriyyədə olan bitkiçilik məhsullarında pestisidlərin qalıq miqdarı norma daxilindədir
Bitkiçilik sahəsində dünyada qlobal problemlərdən biri pestisidlərin həddən çox istifadəsidir. Çünki bu, nəticədə pestisidlərlə təmasda olan insanlarda sağlamlıq problemlərinin, o cümlədən ətraf mühit problemlərinin yaranmasına gətirib çıxarır. Ən əsası isə qida məhsullarında pestisidlərin qalıq miqdarı formalaşır. Bu da insanların həyat və sağlamlığı üçün təhlükə riskidir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin bu günə qədər apardığı monitorinqlərə əsasən Azərbaycanda dövriyyədə olan bitkiçilik məhsullarında pestisidlərin qalıq miqdarının norma daxilində olduğu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov jurnalistlərə açıqlamasında deyib.