Pestisidlərin idarə olunması ilə bağlı işlər görülür
18.09.2023 [15:01]
Pestisidlərin istifadəsi kənd təsərrüfatında əhəmiyyətli mövzudur. Xüsusi ilə istifadəyə yararsız pestisidlərin məhv edilməsi ilə bağlı fəaliyyətlərdə biz daima hökumət və hökumət qurumlarını dəstəkləməyə çalışmışıq. Bunu jurnalistlərə açıqlamasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbərinin müavini Bariz Mehdiyev deyib. O, Aqrar Xidmətlər Agentliyi ilə birlikdə Cəngi poliqonunda 200-ə yaxın pestisidlərin qablaşdırılmasına dəstək göstərildiyini qeyd edib.