MÜSAHİBƏ


Sahil Babayev: Şəhid və müharibə iştirakçıları ilə bağlı bütün sosial tədbirlər yerinə yetiriləcək

Şəhidlərimizi bütün xalq olaraq, bütün millət olaraq dərin hüznlə anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid və müharibə iştirakçılarıyla bağlı aidiyyatı bütün sosial tədbirlər vaxtında və sürətli icra ediləcəkdir. Bu sözləri jurnalistlərə müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev söyləyib.