MÜSAHİBƏ


Ceyhun Bayramov: Ermənistan üç il ərzində Azərbaycan tərəfindən uzadılan sülh əlini geri itələdi

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan Azərbaycan tərəfindən ona uzadılan sülh əlini geri itələdi və xarici dəstəkçilərinə güvənərək təxribatlarına davam eltdi. Azərbaycan ərazisində ağır texnika və ordu saxlamağa çalışdı. Nəticədə Azərbaycan 19 sentyabrda bütün bu təxribatlara cavab olaraq lokal antiterror tədbirlərinə başladı. Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov söyləyib.