MÜSAHİBƏ


Səməd Seyidov: Azərbaycan Qarabağda terrorizmə və separatizmə son qoymaqla bu sahədə ilkə imza atdı

Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında (AŞPA) ölkəmizin haqq səsini çatdırmaq üçün yorulmadan çalışır. Ermənilər və onların havadarları burada da təxribatları davam etdirirlər. AŞPA-da mənim məruzəm əsasında hazırlanmış “İfrat sağçı ideologiya: Avropada demokratiya və insan haqları üçün çağırışlar” adlı qətnamə layihəsi gündəmə çıxarılanda Avropada irqçi, sağçı və radikal meyillərin, islamofobiya, ksenofobiyanın güclənməsindən danışanda erməni deputatlar irqçi və ksenofob yanaşmalardan əl çəkmədiklərini açıq şəkildə göstərdilər. Ermənilər azərbaycanlı olduğuma görə avropalı deputatları mənim məruzəmin müzakirəsində iştirak etməməyə çağırdılar və bununla da əsl simalarını Assambleyada hər kəsə göstərərək özlərini ifşa etdilər.

Bu fikirləri AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Səməd Seyidov AZƏRTAC-a müsahibəsində deyib.