Kliniki Tibbi Mərkəzə daxil olan körpələrdən 6-nın vəziyyəti ağırdır
09.01.2024 [16:16]
Xəbərin mətni
Yanvarın 9-da saat 05:15 radələrində təcili tibbi yardım maşınları vasitəsilə Kliniki Tibbi Mərkəzin yenidoğulmuşlar şöbəsinə Respublika Perinatal Mərkəzindən 15 yenidoğulmuş daxil olub. Onlardan 8-i reanimasiya şöbəsinə, 7-si isə intensiv nəzarət şöbəsinə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Kliniki Tibbi Mərkəzin yenidoğulmuşlar şöbəsinin pediatr-neonotoloqu Aysel Qədimova deyib.