Zakir Nuriyev: Azərbaycan regionun ən inkişaf etmiş maliyyə sektoruna sahibdir
09.01.2024 [17:34]
Bu gün Azərbaycan, bu gün Bakı regionun maliyyə sahəsində həyata keçirilən bütün tədbirlərinin mərkəzidir. Azərbaycan bu gün regionun ən inkişaf etmiş maliyyə sektoruna sahib olan ölkəsidir. Bu sözləri “Azərbaycan Maliyyə Forumu: Nailiyyətlər və Çağırışlar” forumundan sonra jurnalistlərə müsahibəsində Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev söyləyib.