MÜSAHİBƏ


Bu il ETSN ANAMA-ya 7 min hektardan çox ərazinin təmizlənməsini sifariş edib

2023-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən 5426.5 hektar ərazi sifariş olunub ki, bunun da 22 faizi, yəni 926 hektarı mina və partlamamış hərbi sursatdan təmizlənib.
AZƏRTAC xəbər verir ki, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında Minatəmizləmə Agentliyinin Əməliyyat İdarəsinin rəisi, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Rahib Quliyev deyib. O bildirib ki, 2024-cü il sifarişlərinə əsasən ETSN tərəfindən 7033.6 hektar ərazi sifariş olunub.