MÜSAHİBƏ


XRİTDX rəis müavini: Azərbaycanda 6 mindən çox seçki məntəqəsi dayanıqlı internetlə təmin olunub

2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bununla bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində İşçi Qrup yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini, general-mayor Allahverən İsmayılov bildirib.