SİYASƏT


Petru Antone Tomasi: Korsika xalqının və onun hüquqlarının tanınmasını tələb edəcəyik

Bu gün Fransa polisinin iki fəalımıza və onların ailələrinə qarşı törətdiyi zorakılığa cavab olaraq buradayıq. Bu fəallar siyasi və peşə fəaliyyətlərində vicdanlı və hörmətli şəxslərdir. Polisin rəzil və qəbuledilməz əməllərinə etirazımızı bildirmək üçün mətbuat konfransı keçirdik.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Corsica Libera” partiyasının sabiq sözçüsü Petru Antone Tomasi səsləndirib.