MÜSAHİBƏ


Leon Qriqorios: Azərbaycanda aparılan antidopinq müayinələri yüksək standartlara cavab verir

“Azərbaycan Milli Antidopinq Agentliyi müsbət işlər görür. Bilirəm ki, ölkənizdə aparılan antidopinq müayinələri yüksək standartlara cavab verir".
AZƏRTAC xəbər verir ki, bu sözləri Yunanıstan Milli Antidopinq Agentliyinin (HADA) rəhbəri Leon Qriqorios Bakıda keçirilən “Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar" adlı beynəlxalq elmi-praktiki konfrasdakı çıxışı zamanı deyib.