TBMM-in sədri: Prezident İlham Əliyevin seçkilərdə qələbəsi həm Azərbaycana, həm də Türk dünyasına böyük vədlər verir
22.02.2024 [17:13]
Xəbərin mətni
Türkiyə uzun illər Asiya Parlament Assambleyasına (APA) sədrlik edib. Hazırda sədrlik Azərbaycana keçib, bu münasibətlə təbriklərimi çatdırıram. Azərbaycan Milli Məclisi APA-ya sədrliyi layiqincə həyata keçirəcək, buna heç bir şübhəmiz yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü Plenar Sessiyasının açılış mərasimdən sonra jurnalistlərə açıqlamasında deyib.