MÜSAHİBƏ


Koto Rober: Müstəmləkə dövlətinin zülmündən, boyunduruğundan qurtulmaq istəyirik

Kanak xalqı ölkəsini bizlərlə - katorqaya göndərilən avropalılarla paylaşır və bizlər də onlarla bərabər müstəqillik arzusundayıq. Müstəmləkə dövlətinin zülmündən, boyunduruğundan azad olmaq istəyirik. Onilliklərlə ölkəmizi ən pis vəziyyətə salıblar. Müstəqilliyimizi bərpa etməklə ölkəmizin təbii ehtiyatlarına, zənginliklərinə yiyələnə bilərik. Bununla da daha yaxşı sosial həyat səviyyəsinin və burada yaşayan etnik qruplar arasında tarazlığın yaradılmasına töhfə verə bilərik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni kaledoniyalı parlamentari Korto Rober söyləyib.