ELM VƏ TƏHSİL


Kəlbəcərdə ən müasir standartlara uyğun məktəb binası tikilir

44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər işğaldan azad edilmiş tarixi torpaqlarımızda həyatı yenidən canlandırmağa imkan yaradıb. Hazırda Qarabağ və Şərqi Zəngəzur tikinti meydanına çevrilib, burada bütün sahələrdə geniş quruculuq işləri aparılır.
İşğaldan azad olunmuş ərazilərin bərpası prosesində müasir təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilir. Belə ki, Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasında tikinti işləri sürətlə davam edir.