MÜSAHİBƏ


Maksim Reşetnikov: Azərbaycan ilə Rusiya arasında nəqliyyat və infrastruktur layihələri çərçivəsində əməkdaşlıq möhkəmlənir

İki gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Hökumətinin başçısı Mixail Mişustinin iştirakı ilə intensiv və əhatəli danışıqlar aparıldı. Bu gün biz Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə əldə olunan razılaşmaların inkişafının bir neçə istiqamətləri üzrə müzakirələr keçirdik. Birinci mövzu - bu il Azərbaycanın COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq, bizim üçün çox əhəmiyyətli olan iqlim gündəliyi oldu. Bu, iqlim və iqtisadi məsələlərin paralel müzakirə edildiyi böyük konfransdır. Orada enerji resurslarının əlçatan olması, ticarət baryerləri və əlbəttə, Paris Sazişinin yerinə yetirilməsi məsələləri müzakirə ediləcək. Biz burada həmkarlarımızla ekspertlər səviyyəsində daimi danışıqlar aparır, mövqeləri razılaşdırırıq.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirdiyi birgə mətbuat konfransında bildirib.