CƏMİYYƏT


Ölkəyə 100 ədəd yeni ambulans gətirildi

Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidməti keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə ölkəmizə 100 ədəd yeni ambulans gətirilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri haqda jurnalistlərə Agentliyin Marketinq şöbəsinin müdiri Pərvin Baxşəliyeva məlumat verib.