MÜSAHİBƏ


AQTA 83 ərzaq bazarında monitorinq aparıb, onlardan 4-nün fəaliyyəti dayandırılıb

Ərzaq bazarlarında vəziyyət heç də ürəkaçan deyil.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədri Qoşqar Təhməzli jurnalistlərə müsahibəsində deyib.
Sədr bildirib ki, AQTA tərəfindən 83 ərzaq bazarı yoxlanılıb və onlardan 4-nün fəaliyyəti dayandırılıb. Bir neçəsinə qarşı isə müvafiq sanksiyalar həyata keçirilib.