Jan Mark Rodrige: BMT məcburi assimilyasiya terminindən istifadə etsə də, biz buna etnosid deyirik
02.05.2024 [15:28]
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Vyanada keçirilən konfrans üzləşdiyimiz müstəmləkəçilik problemindən danışmağa və planetimizin ən böyük müstəmləkəçisi olan Fransanın əsarətindən qurtulmaq istəyimizə həsr edilib. Bu fikirləri Bakı Təşəbbüs Qrupunun BMT-nin Vyana ofisində təşkil etdiyi “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfransın iştirakçısı, Poccio di Venaco şəhərinin meri, Nazione müstəqillik hərəkatının və BTQ-nin Korsikadan olan üzvü Jan Mark Rodrige AZƏRTAC-a müsahibəsində deyib.