MÜSAHİBƏ


Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır

Maarifləndirmə tədbirləri olmasa belə, normal insan onunla bir yerdə ömür sürən, uşaqlarının anası və ya atası olduğunu bilən şəxsə qarşı hər hansı qətl hadisələri və ya şiddət törətməz. Təbii ki, bunların qarşısını almaq üçün maarifləndirmə də lazımdır. Müvafiq dövlət qurumları, media, ictimai təşkilatlar bununla bağlı maarifləndirmə işi aparırlar. Ancaq hesab edirəm ki, yalnız maarifləndirmə tədbirləri ilə bunun öhdəsindən gəlmək mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.