Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜSAHİBƏ

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq

10.05.2024 [12:27]

Xəbərin mətni

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq. Həm Şuşa, həm də Xankəndi sakinləri həmin mərkəzin xidmətlərindən istifadə edə biləcəklər.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə dörd “ASAN xidmət” mərkəzi fəaliyyət göstərəcək. Həmin mərkəzlər Ağdam, Cəbrayıl, Laçın və Şuşa şəhərlərində yerləşəcək. Ağdam, Cəbrayıl, Laçındakı mərkəzlər regional olacaq.