SİYASƏT


Əbədiyaşar lider - 101

Bu gün - 10 may Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar səhər saatlarından başlayaraq Azərbaycan ictimaiyyəti, dövlət və hökumət nümayəndələriUlu Öndərin məzarını ziyarət edir. Bugünkü müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. O, bütün həyatını Azərbaycanın inkişafına həsr edib, xilaskarlıq missiyasını sonadək yerinə yetirib. Onun Vətəni və xalqı qarşısında misilsiz xidmətləri daim minnətdarlıq hissi ilə xatırlanır.