Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

10.05.2024 [21:22]

Xəbərin mətni

UNESCO-nun mənzil qərargahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Fransada və Monakoda fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva, UNESCO-da akkreditə olmuş səfirlər və daimi nümayəndələr, müxtəlif ölkələrin diplomatları, yerli ictimaiyyətin nümayəndələri, incəsənət xadimləri və jurnalistlər iştirak ediblər.