MÜSAHİBƏ


Xəzər İbrahim: Azərbaycan Orta Dəhlizlə bağlı bütün məsələlərin mərkəzindədir

“Azərbaycan Orta Dəhlizlə bağlı bütün məsələlərin mərkəzindədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bizim bölgədə keçirilən bütün layihələr Azərbaycanın birbaşa iştirakı ilə, Azərbaycanın onun mərkəzində olması ilə və ölkəmizin liderliyi ilə keçirilir”.
Bu sözləri Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim AZƏRTAC-a açıqlamasında deyib.
Vaşinqtonda keçirilən 8-ci Trans-Xəzər Forumunda iştirak edən səfir bildirib ki, Azərbaycanın sərmayəsi ilə Bakı-Tbilisi-Qars dəmiryolunun genişləndirilməsi, Ələt limanının həcminin artırılması gerçəkləşdirilib.