MÜSAHİBƏ


Kristof Makqleyd: Azərbaycan çox etibarlı və təhlükəsiz tərəfdaşdır

Bu gün Bakı Enerji Həftəsində bir çox insanların müzakirə etdiyi bir neçə əsas mövzular var. Birincisi, inklüziv enerji keçidlərinin vacibliyidir. İqlim hədəflərimizə nail olmaq istiqamətində, enerji keçidinə doğru irəlilədikcə, ölkələrin birlikdə əməkdaşlıq etməsi çox vacibdir. Bura Azərbaycan kimi iri enerji istehsalçısı, böyük neft və təbii qaz ixracatçısı olan, neft və təbii qaz idxal edən ölkələrlə sıx əməkdaşlıq edən ölkələr daxildir. Azərbaycan çox etibarlı, çox təhlükəsiz tərəfdaşdır. Bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) Enerji təchizatı şöbəsinin rəhbəri Kristof Makqleyd AZƏRTAC-a müsahibəsində deyib.