MÜSAHİBƏ


Mohamed Hamel: Azərbaycanın enerji sektorunda əhəmiyyəti artır

Enerji Həftəsi həqiqətən uğurlu bir tədbirdir. Çox yaxşı təşkil olunub. Mən iki il əvvəl Bakı enerji həftəsində iştirak etmişəm. Tədbirdəki iştirakçıların sayının ilbəil artdığını görmək xoşdur. Hesab edirəm ki, bu, Azərbaycanın enerji sektorunda artan əhəmiyyəti ilə bağlıdır. Azərbaycanın bu il COP 29-a ev sahibliyi etməsini xüsusi vurğulamaq istərdim.bu sözləri Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Mohamed Hamel AZƏRTAC-a müsahibəsində deyib.