ELM VƏ TƏHSİL


ADA Universitetində 12-ci beynəlxalq festival keçirilir

İyunun 7-də ADA Universitetinin Beynəlxalq əlaqələr şöbəsi, ADA Universiteti Fondu və “Kolin İnşaat Şirkəti”nin dəstəyi, eləcə də “OCAQ” Teatr Cəmiyyəti, “Topçubaşov” adına beynəlxalq təqaüd proqramı və “ESN ADA Baku” tələbə klublarının birgə əməkdaşlığı çərçivəsində 12-ci beynəlxalq festival keçirilir.
AZƏRTAC xəbər verir ki, ənənəyə çevrilmiş bu festivalda 39 ölkənin səfirləri, xarici dövlətlərin ölkəmizdə akkreditə edilmiş səfirliklərinin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, habelə yerli və xarici tələbələr, jurnalistlər iştirak edirlər.