MÜSAHİBƏ


ADY sədri: Bakı-Yalama istiqamətində dəmir yollarının yenidən qurulması gələn il başa çatdırılacaq

Dünya standartlarına uyğunlaşmamız və qatalarımızın müasirləşdirilməsi üçün işlər görürük. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İsveçrənin “Stadler Rail Group” şirkəti ilə imzalanmış müqaviləyə əsasən alınmış FLIRT tipli 10 müasir qatardan dördü artıq ölkəmizdədir və test mərhələsini tamamlayıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov deyib.