MÜSAHİBƏ


BMT-nin eksperti: Müstəmləkə ərazilərinin nümayəndələrini bir araya toplamaq çox yaxşı təşəbbüsdür

“Dünyada olan müstəmləkə ərazilərinin nümayəndələrini bir araya toplamaq çox yaxşı təşəbbüsdür”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Təşəbbüs Qrupu tərəfindən BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “Müstəqilliyə və fundamental azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu” adlı beynəlxalq konfransda iştirak edən təşkilatın idarəçilik üzrə eksperti Karlayl Korbin deyib.