Kiyevdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb
25.06.2024 [13:12]
Xəbərin mətni
Kiyevdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin Ukrayna-Türk Mərkəzi ilə birgə təşkil etdiyi “Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rolu” mövzusunda inşa müsabiqəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, müsabiqə çərçivəsində Ukraynanın müxtəlif yerlərindən - Kiyev, Xarkov, Dnepr, Lvov, Xerson, Ternopol, Xmelnitski və digər şəhərlərdən olan ukraynalı gənclər öz esselərini səfirliyə göndəriblər. Müsabiqənin yekunlarına dair seçilən üç qalibə və on finalçıya Azərbaycan səfirinin diplomları və hədiyyələr təqdim olunub.