June Soomer: Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkənlərin yanında olduğunu hər zaman göstərir
21.08.2024 [19:17]
Xəbərin mətni
Müasir dünyada hələ də müstəmləkəçilikdən əziyyət çəkən, boyunduruq altında olan ölkələr, insanlar var. Təəssüf ki, buna qaradərili insanlar daha çox məruz qalırlar. Bakı Təşəbbüs Qrupu çox mühüm platformadır və müstəmləkəçilikdən əziyyət çəkənlərin yanında olduğunu hər zaman göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasının nümayəndə heyətinin üzvü, BMT yanında Afrikaəsilli Vətəndaşlar Forumunun üzvü June Soomer avqustun 21-də jurnalistlərə müsahibəsində söyləyib.