Britaniyalı akademik: COP29 Azərbaycan üçün mühüm bir addımdır
07.09.2024 [17:11]
Xəbərin mətni
Azərbaycanın növbəti COP tədbirinə ev sahibliyi edəcəyini öyrənmək məni çox sevindirir. Bu, böyük bir addımdır və ciddi öhdəlik tələb edir. Açıq-aydın görünür ki, Azərbaycan bu məsuliyyəti öz üzərinə götürmək üçün lazım olan potensiala malikdir.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri Böyük Britaniyanın Lafboro (Loughborough) Universitetinin professoru və İqlimə Uyğun İnkişaf Proqramının (The Climate Compatible Growth Programme) direktoru, akademik Mark Hovells AZƏRTAC-a açıqlamasında deyib.